Ölkə Sosial

Karantin rejimini pozan 3566 nəfər cərimələnib, 10 nəfər həbs edilib

Gün ərzində 1320 nəqliyyat vasitəsinin hərəkəti məhdudlaşdırılıb.

Aranxeber xəbər verir ki, Baş Dövlət Yol Polisinin məlumatına görə, zərurət olmadan yaşadığı mənzildən çıxaraq nəqliyyat vasitələri ilə postların yerləşdiyi, habelə digər yollarla keçməyə cəhd göstərməklə karantin rejiminin pozulmasına görə 10 nəfər inzibati qaydada həbs olunub, 3566 nəfərin, onlardan nəqliyyat vasitələrində hərəkət edən 1476 sürücü və sərnişinin barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilib.