Dünya Sağlamlıq

Ölkələrdə koronavirusa yoluxanların sayı

Dünyada koronavirusa yoluxanların sayı üç milyonu (3003085 nəfər) keçib.

Dünyada COVID-19-a ən çox yoluxma ABŞ-da (987322 nəfər) qeydə alınıb. Bu ölkə ölüm sayına (55415 nəfər) görə də antirekordu əlində saxlayır. Yoluxma sayına görə ikinci yerdə İspaniya (226,629 nəfər), üçüncü yerdə isə İtaliya (197,675  nəfər) qərarlaşıb.

Azərbaycana qonşu olan dövlətlərdən üçü yoluxma sayına görə ilk onluğa daxildir. İlk onluqda Türkiyə yeddinci (110,130 nəfər), İran səkkizinci (90481 nəfər), Rusiya isə doqquzuncudur (87,147 nəfər). Gürcüstanda isə yoluxanların sayı 496-dır.

Ölkəmizdə indiyə qədər 1645 yoluxma qeydə alınıb. COVID-19 21 Azərbaycan vətəndaşının həyatına son qoyub. Xəstəliyə yoluxmuş 1139 nəfər sağalıb.

Qeyd edək ki, koronavirus indiyə qədər bütün dünyada 207090 insanın həyatına son qoyub, 882552 nəfər sağalıb.