Baş Dünya Sağlamlıq

Koronavirusla bağlı son STATİSTİKA

Dünyada 11 193 565 nəfərdə koronavirus aşkarlanıb.

Aranxeber xəbər verir ki, bu barədə oxu.az məlumat yayıb.

Virusdan 529 127 nəfər ölüb, 6 331 335 xəstə sağalıb.

Koronavirusun ən çox yayıldığı qitə Şimali Amerika (3 380 547 nəfər), ölkə isə ABŞ-dır (2 890 588 nəfər).

Azərbaycanın sərhəd qonşusu Rusiya yoluxma sayına görə dünya ölkələri arasında ilk üçlüyə daxildir. RF-də koronavirusa yoluxan 667 883 nəfərin 9 859-u ölüb.

Digər qonşularımızdan İranda 235 429, Türkiyədə 203 456, Ermənistanda 27 320, Gürcüstanda 943 yoluxma müşahidə edilir.

Son zamanlara kimi siyahıda aşağı sıralarda qərar tutan Hindistanda yoluxma sayı sürətlə artdığından (649 889 nəfər), bu ölkə dördüncü yerdədir.

Yoluxma sayına görə əvvəllər ikinci-üçüncü yerlərdə qərarlaşan Böyük Britaniya isə 284 276 yoluxma ilə səkkizinci sıradadır.

Azərbaycanda koronavirus 19 267 nəfərdə aşkarlanıb. Virusa yoluxanlardan 235 nəfəri həyatını itirib, 10 820 xəstə sağalıb.