Baş Hadisə Kürdəmir

Kürdəmir sakini dəm qazından zəhərləndi

Kürdəmir rayonunda 60 yaşlı kişi dəm qazından zəhərlənib.

Aranxeber Report-a istinadən xəbər verir ki, hadisə rayonun Pirli kəndində qeydə alınıb.

Belə ki, 1950-ci il təvəllüdlü kənd sakini Əhmədov Xəlil Əlhöküm oğlu yaşadığı evdə dəm qazından zəhərlənib.

Xəstə dərhal yaxınlarının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisənin necə baş verməsi ilə əlaqədar araşdırma aparılır.