Hadisə Kürdəmir Region

Kürdəmir sakini həmkəndlisini döyüb

Kürdəmir rayonunun Xınıslı kəndində həmkəndlilər arasında dava düşüb.

Aranxeber “Report”a istinadən xəbər verir ki, 36 yaşlı Əfqan Salman oğlu Süleymanov mübahisə zəmnində həmkəndlisi tərəfindən döyülüb.

Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ona sağ gözün əziyi və baş nahiyəsinin əzilmiş-cırılmış yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.