Dünya İdman

“Liverpul” 30 ildən sonra İngiltərə çempionu oldu

“Liverpul” klubu 30 ildən sonra futbol üzrə İngiltərə Premyer Liqasının qızıl medallarını təmin edib.

Aranxeber  xəbər verir ki, “qırmızılar” tarixdə 19-cu ölkə çempionluğuna sona yeddi tur qalmış nail olub.

Premyer Liqanın XXXI turunda ən yaxın izləyicisi “Mançester Siti”nin “Çelsi” ilə səfər matçında xal itirməsi (1:2) 86 xala malik “Liverpul”u əlçatmaz edib.