Baş İnkişaf İqtisadiyyat Ölkə Region Sağlamlıq Sosial

MAAŞLAR ARTIRILDI – Prezidentdən SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam imzalayıb.


Aranxeber  aztehsil.com-a istinadən xəbər verir ki, xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsinə cəlb edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrində və tabeliyindəki sosial xidmət müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 1 misli miqdarında müddətli əlavə müəyyən edilib.


Nazirlər Kabineti bu sərəncamın 1-ci hissəsi ilə müəyyən edilən müddətli əlavənin şamil olunacağı işçilərin əhatə dairəsini və əlavənin ödənilmə müddətini müəyyən etməli, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.