Hadisə

Maskasını xidməti avtomobilində unudan fransalı nazir həyəcandan özünə nəzarəti itirdi – VİDEO

Fransanın paytaxtı Parisdə Bastiliyanın alınması tədbirlərində iştirak edən Fransanın Sənaye naziri Aqnes Panier pis vəziyyətə düşüb.

Aranxeber məlumat verir ki, nazir tibbi maskasını xidməti avtomobilində unudub və ərazidən uzaqlaşan avtomobilin arxasınca qaçmağa başlayıb.

Hadisəyə müdaxilə edən nazirin köməkçiləri qadını sakitləşdirib və ona yeni maska veriblər.