Hadisə Mingəçevir

Mingəçevirdə avtoqəza olub, xəsarət alan var

Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Samux küçəsindəki işıqforda qeydə alınıb.

“VAZ 2104” markalı minik maşını “Nissan” markalı avtomobillə toqquşub. Müxtəlif bədən xəsarəti alan “VAZ”-ın sürücüsü, 1958-ci il təvəllüdlü Niftəliyev Ramiq Mürşüd oğlu xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.