Bərdə Mingəçevir Region Təhsil

Mingəçevirdə “Məhdudiyyət istedad üçün əngəl deyil” adlı onlayn müzakirə təşkil edilmişdir

26.07.2020-ci il tarixində Mingəçevirdə “Hər kəsə eyni baxaq“ adlı təşəbbüs komandasının təşkilatçılığı ilə “Məhdudiyyət istedad üçün əngəl deyil” adlı onlayn müzakirə təşkil edilmişdir. Müzakirənin moderatorları Mingəçevir Dövlət Universitetinin tələbələri Aydan Zeynalova və Səbinə Rəcəbova, mentoru isə Həmid Hüseynli idi.

Aranxeber  xəbər verir ki, müzakirədə Əlil Qadınlar Cəmiyyətinin sədri Məhluqə Rəhimova və “Müstəqil Həyat” İnkişaf və Dəstək Mərkəzi İctimai Birliyinin rəhbəri Aydın Xəlilov, uzun illər əlilliyi olan uşaqlarla çalışan Elnarə Səmədova, Fərman “Mingecevir İsiqları”qezetinin baş  redaktoru Fərman Nəbiyev, Bərdədən QHT fəalı Namaz Kərimov  ekspert qismində iştirak etmişlər.

Onlayn görüş zamanı Mingəçevir, eləcə də respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiya yolları, pandemiya dövründə qarşılaşdıqları çətinliklər müzakirə olunub. Eyni zamanda iştirakçıları maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılıb.

Mingəçevir Gənclər Evindən olan gənclərin “Hər kəsə eyni baxaq“ adlı təşəbbüsü uğurla davam etdirilir.Təşəbbüsün əsas məqsədi Mingəçevirdən olan fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyasına töhvə vermək, onların istedadlarının ictimaiyətə təqdim edilməsinə yönəlmişdir