Hadisə Mingəçevir

Mingəçevirdə qonşusunu bıçaqlayan qadının kimliyi bəlli oldu – YENİLƏNİB

Mingəçevirdə yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən qadının adı bəlli olub.

Aranxeber xəbər verir ki, bu Ağdam rayon sakini Məmmədova Tünzalə Telman qızıdır.

Qeyd edək ki, o, kəlbəcərli, 1938-ci il təvəllüdlü İmaməliyev Ələs Baxış oğlunu döş qəfəsindən bıçaqlamaqda şübhəli bilinir. 

Qeyd edək ki, Mingəçevirdə qadın yaşlı kişini bıçaqlayıb.

Hadisə Gəncə şosesində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Dəmir Beton Məmulatları zavodunun həyətində baş verib.

Mübahisə zamanı 1940-cı il təvəllüdlü İmaməliyev Ələs Baxış oğlu qonşu qadın tərəfindən döş qəfəsindən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.