Ölkə

Mövlud Çavuşoğludan Bakının işğaldan azad olunması ilə bağlı paylaşım – VİDEO

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Twitter” hesabından Bakının işğaldan azad olunmasının 102-ci ildönümü ilə bağlı paylaşım edib.

“Nuru Paşanın komandasındakı Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinin 102-ci ildönümündə əziz şəhidlərimizi rəhmətlə anıram. Eyni ruh və inancla, can Azərbaycanla bu gün də çiyin-çiyinə tək ürəyik. Odlar yurduna salam olsun!”, – deyə paylaşımda qeyd edilir.