Baş Ölkə Sağlamlıq

Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsindən azad olunub

General-mayor Natiq Əliyev Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev müvafiq sərəncam imzalayıb.