Ölkə Təhsil

Müəllimlərin işə qəbulunun vaxtı açıqlandı – RƏSMİ

“Müəllimlərin işə qəbulu prosesi yay aylarında yeni reallıqlara uyğun keçiriləcək”.

Aranxeber-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov bildirib.

Onun sözlərinə görə, bununla bağlı hazırlıq işləri başlanılıb:

“Həmin müddətdə vəziyyətin inkişafından asılı olaraq işlər həyata keçiriləcək. Həmkarlar tərəfindən müəllimlərin daimiləşməsi prosesinin texniki tərəfləri üzərində iş aparılır. Yaxın zamanda bu proses onlayn şəkildə həyata keçiriləcək. Müəllimlərin yerdəyişmə prosesi onlayn həyata keçirilib. Bu proses də adi qaydada iyun ayı ərzində baş tutacaq”.

“Müəllimlərin işə qəbulu prosesi iyul ayında həyata keçiriləcək ki, həmin müddətdə vəziyyətin inkişafından asılı olaraq yeni reallıqlar nəzərə alınacaq”, – deyə nazir qeyd edib.