Baş Hadisə Ölkə

Nərmin Quliyevanın qətlində təqsirləndirilən şəxsin həbs müddəti uzadıldı

Nəsimi Rayon Məhkəməsində Tovuz rayonunun Dondar-Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

Aranxeber Report-a istinadən xəbər verir ki, bu barədə İ.Süleymanovun vəkili Əlibaba Rzayev məlumat verib.

O bildirib ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, İ.Süleymanovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 4 ay artırılıb.

Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva ötən il noyabrın 21-də itkin düşüb, onun meyiti yanvarın 6da yandırılmış halda tapılıb.

Rəsmi məlumata görə, yanvarın 10-da hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. O, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.