Ölkə Təhsil

Nazirlik rəsmisindən təhsil haqlarının ödənilməsi ilə bağlı şad xəbər

“Həssas qruplardan olan tələbələrin təhsil haqlarının ödənilməsi ilə bağlı sənədlərini iyunun sonuna qədər aidiyyəti üzrə təqdim etmələrinə şərait yaradılacaq”.

Aranxeber  xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov canlı yayımda “həssas qruplardan olan tələbələrin təhsil haqlarının ödənilməsi” ilə bağlı suallara aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, bu istiqamətdə sənəd qəbulu iyun ayının 10-dək başa çatacaq: 

“Təqdim edilən məlumatlar öz təsdiqini tapmırsa, iyunun sonuna kimi informasiyalar dəqiqləşdirilməlidir. Məqsədimiz rahat şəkildə tələbələrin məsələsini həll etməkdir”.

Qeyd edək ki, bu günədək elektron portalda bakalavr səviyyəsində təhsil alan 18 min 252 nəfər, magistratura səviyyəsində 1 061, ümumi orta təhsil bazasından orta ixtisas təhsili alan 2 min 547 nəfər, tam orta təhsil bazasından orta ixtisas təhsili alan 1 939 və peşə təhsili pilləsində təhsil alan 424 nəfər öz ərizələrini təsdiq edib.