İqtisadiyyat

Neftin barreli 150 dollara satılacaq

“Neftin 1 barreli 2025-ci ildə 150 dollara qədər bahalaşa bilər”.

Aranxeber xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Northern Trace Capital” şirkətinin direktoru Trevor Vuds  “The Wall Street Journal”a açıqlamasında deyib. Onun fikrincə, neft kəşfiyyatı və hasilatı sektoruna yatırılan investisiyaların azalması bahalaşmanın əsas indikatoru ola bilər.

“Maliyyə çatışmazlığı ciddi hiss olunacaq. Bu şəraitdə bəzi şirkətlərə hasilatı artırmaq çətin olacaq”.


“JPMorgan” şirkətinin rəhbəri Kristian Malek də investisiyaların azalması şəraitində tələb-təklif arasında ciddi fərqin yaranacağını düşünür.

“Matilda Capital” şirkətinin eksperti Riçard Fullarton isə 2020-ci ilin sonuna qədər neftin 1 barrelinin 100 dollara qədər bahalaşmasını təxmin edir.


“Biz heç zaman neft ehtiyatlarını sona qədər istismar edə bilməyəcəyik”.

Buna baxmayaraq, rusiyalı ekspertlər neft hasilatının yaxın illərdə 40-45 dollar arasında stabilləşəcəyini düşünürlər.