İqtisadiyyat

Neftin qiyməti ucuzlaşır

Neftin qiyməti ucuzlaşmaqda davam edir.

Bu barədə “Praym” xəbər yayıb.

Bu gün səhər “Brent” markalı neftin avqust fyuçersləri 0,08 faiz ucuzlaşaraq, bir bareli 39,7 dollara satılıb.

WTI markalı neftin iyul fyuçersləri isə 0,08 faiz azalaraq, bir barel üçün 37,1 dollar təşkil edib.