Dünya Kriminal

Norveçdə məscidə silahlı hücum edən şəxsə ən ağır cəza verildi

Norveçdə məscidə silahlı hücum edən Flip Manshaus 21 il müddətinə azadlıqdan məhrum edilib.

TASS xəbər verir ki, bu, ölkənin cinayət qanunvericiliyində nəzərdə tutulmuş ən ağır cəzadır.

Bundan əlavə, F.Manshaus qurbanlarına kompensasiya verməli və məhkəmə xərclərini ödəməlidir.

Eyni cəza 2012-ci ildə norveçli terrorçu Anders Breyvikə qarşı tətbiq edilib.

Qeyd edək ki, Manshaus keçən il avqustun 10-da etnik norveçli olmadığına görə, ögey bacısını öldürüb, bundan sonra Oslo şəhərində məscidə gələrək, “daha çox müsəlmanı öldürmək üçün” insanlara atəş açıb. Nəticədə, bir nəfər ölüb.