Göyçay Hadisə Region

Oğuzda istirahət mərkəzində oğurluq edən şəxs Göyçayda tutuldu

Oğuzda istirahət mərkəzində oğurluq hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Oğuz Rayon Polis Şöbəsinə (RPŞ) sentyabrın 4-də rayon ərazisindəki istirahət mərkəzlərinin birində Şuşa şəhər sakini V.Hüseynovun cibindən 520 manat pulunun oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Laçın rayon sakini V.Cəfərov Göyçay rayonu ərazisində saxlanılıb.

Araşdırma aparılır.