Maraqlı Sosial

Pandemiyaya çörəklə yox öz mətbəximizlə qalib gələcəyik

Çörək təkcə bizim xalq üçün yox, başqa xalqlar, xüsusən də Amerika xalqları üçün ta qədimdən birinci qida tələbatı olub.Amma, çörək bizdə tək birinci qida tələbatı olmayıb, o, həm də xalqımızın mənəviyyatına təsir edib, mədəniyyətinə çevrilib. Tarixən Azərbaycanlılar çörəyə sevgi ilə yanaşıb. O qədər sevib ki, birinci qida tələbatı olmasıyla yanaşı hətta onu müqəddəslik pilləsinə qədər ucaldıb. Həmişə uşaqlarına tərbiyə verəndə çörəyi göstərib mənəviyyat öyrədib. ” Süfrədə çörək var, söyüş söymə!”, “Çörəyi yerə atma günahdı!” deyə-deyə insanımız onu yerə atmağı da qoymayıb. Yerə düşəndə qaldırıb öpüb gözünün üstünə qoyub. Quranı öpüb gözünün üstünə qoyduğu kimi.
Biz bunu koronavirus pandemiyası səbəbilə küçəyə çıxmaq qadağası zamanı bir daha hiss etdik. Ancaq, biraz fərqli bir situasiya idi elə bil. Bu dəfə insanımız müqəddəs saydığı birinci qida tələbatını tələsik əldə edərək qədərini müəyyən edə bilməməsi səhəri gün zibilə atmasıyla nəticələnmişdi. Əslində nəqədər israfçılıq baş versə də bu cəmi iki gün oldu. Sonrakı günlərdə piştaxtlarda çörək qıtlığına və qiymət artımına şükür ki, rast gəlmədik. Baxmayaraq ki, həmin qıtlıq pandemiyanin bəzi dövrlərində bir çox inkişaf etmiş ölkələrdə, o cümlədən, Amerikada ara-sıra hiss olundu (theguardian).
Hətta bu situasiyanı kreativ və yumoristik dəyərləndirən insanlarımız da az olmadı. Bu, sosial şəbəkələrdə ayrı bir mənzərə də yaratdı. “İndi qızlar maşında oturub siqaret çəkən yox, metroda çörək yeyən qaqaşla tanış olacaq ki, varlıyam.”, “Çörək yoxdu tort yesinlər.”, “Bakı əhli onsuzda xəmir xörəkləri yeyəndi. Un alın xəngəl, düşbərə bişirin.” və.s. kimi fikirlərlə bu mövzuya da gülə bildik.
Zarafat bir yana “Sözün doğrusunu zarafatla deyərlər” deyib bir neçə fakta nəzər salmağımızda  fayda ola bilər. Çörək tərkibinə görə xəmirdən təşkil olunur, xəmir isə buğdadan alınmış un ilə yoğrulur. Deməli, çörək, dolayısıyla buğda bol karbohidrat, şəkər və qlükoza ilə zəngindir. Bu maddələr qanda şəkərin miqdarını artırır, immuniteti isə zəiflədir. Tərkibi həddən artıq qlutenlə zəngin olan çörək həm də kökəlməyə səbəb ola bilir. Çünki qluten proteinlə zəngindir. Bundan əlavə taxılın tərkibində qeyri-qidalandırıcı maddə olan fitik turşusu da var ki, o da orqanizmdə dəmir, sink və kalsium kimi faydalı maddələri neytrallaşdırır və bədənə sorulmasının qarşısını alır. Buğdanın lifləri bədəndəki “D” vitaminini azaldır. “D” vitamini defisiti isə şəkər, xərçəng kimi xəstəliklərə yol açır.
Azərbaycan mətbəxi o qədər zəngindir ki, xalqımız birinci qida tələbatını çörək olmadan tam və ondan da sağlıqlı ödəyə bilər.Təkcə un sudan onlarla çeşid yemək növü kəşf edib xalqımız.Xəşil, xəngəl, sülfüllü, əriştə aşı, əriştə supu, umac, qovut, qındı, düşbərə, gürzə kimi yeməklər çörəyi tam əvəz edə bilər, hətta tibbi nöqteyi-nəzərdən daha sağlıqlı ola bilər.Məsələn, xəngəl bol qluten mənbəyi və həzmə çətin qida olsa da çörəkdən daha faydalı görünür. Çünki, onu süfrəyə sarımsaq-qatıqla təqdim edirlər. Sarımsaq-qatıqda olan C, D, kalsium kimi vitaminlər və faydalı parazitlər qluten, karbohidratlara təsir edir, həzmi isə yaxşılaşdırır.Hər işdə bir xeyir var. Çörək olmayanda un, biraz duz, biraz da su daha sağlıqlı və daha dadlı qidalar verə bilər. Pandemiyaya öz mətbəximizlə qalıb gələrək sağlıqla qalın. (Həmid Adil)