Hadisə

Polis zabiti ağır qəzada dünyasın dəyişdi

Samuxda yol qəzasında ölən şəxslərin adları məlum olub.

Aranxeberin məlumatına görə Behbudov Allahverdinin idarə etdiyi kombaynla Gəncə Şəhər Nizami Rayonunun polis əməkdaşı, leytenant Çağırqanov Elnurun idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub.

Qəza zamanı “Mercedes”in sürücüsü və onun sərnişini Gəncə Şəhər “ASAN Xidmət”in əməkdaşı Süleymanzadə Ləman Nazım qızı hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Samux rayon prokurorluğunda cinayət işi açılıb.

Qeyd edək ki, Samuxda iki nəfərin ölümü ilə nəticələnən ağır qəza baş verib.

“Mercedec” minik avtomobili ilə kombayn toqquşub.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.