Ağdaş Baş Göyçay İnkişaf İqtisadiyyat Region

Prezident Ağdaş və Göyçay rayonları ilə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev martın 12-də “Ağdaş və Göyçay rayonlarında yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Aranxeber xəbər verir ki, sərəncama əsasən, Ağdaş və Göyçay rayonlarında ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.1-ci yarımbəndində göstərilmiş məbləğin 11,97 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Ağdaş və Göyçay rayonlarında 2020-ci ildə qazlaşdırılması nəzərdə tutulan ərazi vahidlərinin SİYAHISI

Sıra№-siƏrazi vahidləri
Ağdaş rayonu
1.Ağcaqovaq kəndi
2.Aşağı Qobuüstü kəndi
3.Eymur kəndi
4.Ərəbşəki kəndi
5.Hacılar kəndi
6.Qobuüstü kəndi
7.Malay kəndi
8.Mürsəl kəndi
9.Şıxlı kəndi
10.Yenikənd kəndi
11.Yuxarı Nemətabad kəndi
Göyçay rayonu
1.Yenikənd kəndi