Baş İqtisadiyyat Ölkə Sosial

Prezident İlham Əliyev əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev əmək pensiyalarının indeksləşdirilməsi haqqında  sərəncam imzalayıb.

aranxeber.com xəbər verir ki, sərəncama əsasən,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, 2020-ci ilin 1 yanvar tarixinə 2019-cu il üzrə  Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsinin, istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.