Baş Mədəniyyət Ölkə

Prezident naziri vəzifədən azad etdi

Preizdent İlham Əliyev “Ə.M.Qarayevin Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifəsindən azad edilməsi haqqında” Sərəncam imzalayıb.

Aranxeber xəbər verir ki, Sərəncam görə Əbülfəs Mürsəl oğlu Qarayev Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifəsindən azad edilib.

Xatırladaq ki, Dövlət Təhlükəsizlik Xidməti Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini Bayramov Rafiq Yasin oğlunu və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlunu saxlayıb.