Təhsil

Prezidentin köməkçisindən məktəblərin açılması ilə bağlı VACİB AÇIQLAMA

“Məktəblərin açılması ilə bağlı məsələ üzərində bir neçə vaxtdır iş gedir və dünya təcrübəsi öyrənilir”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

O qeyd edib ki, hazırda vəziyyət dinamik olduğu üçün qərarların verilməsi çətin olur.

“Bütün çətinliklər nəzərə alınaraq, gərgin iş gedir. Tədris məsələlərinə dair xüsusi brifinq keçiriləcək və suallar cavablandırılacaq”.