Ölkə

Prezidentin köməkçisindən rayonlara gediş-gəlişin bərpası ilə bağlı AÇIQLAMA – VİDEO

“Regionlara gediş-gəliş məsələsi müzakirə olunur”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, epidemioloji vəziyyət nəzərə alınaraq, rayonlara gediş-gəliş məsələsinə baxılacaq:

“Müxtəlif qaydalar üzrə fikirlər yürüdülür. Burada bir məqamı nəzərə almalıyıq ki, Bakı şəhərində yoluxma tendensiyası var. Regionlarla əlaqədə açılma olarsa, orada yoluxmanın artmasına təsir göstərə bilər”.