Dünya

Putin seçki məntəqəsində birdəfəlik qələmdən istifadəyə məcbur edildi – VİDEO

Rusiya Prezidenti Vladimir Putin RF Elmlər Akademiyasının binasında yerləşən seçki məntəqəsində birdəfəlik qələmdən istifadəyə məcbur edilib.

Müvafiq video “RİA Novosti”nin “Telegram” kanalında yayımlanıb.

Xatırladaq ki, bu gün Rusiyada Konstitusiyaya düzəlişlərlə bağlı ümumxalq səsverməsinin final mərhələsi keçirilir. Seçki məntəqəsinə daxil olarkən temperatur ölçülür, birdəfəlik əlcəklər, maska ​​və qələm verilir. Belə tədbirlər koronavirusun yayılmasının qarşısını almaq üçün görülüb.