Dünya İdman

“Qalatasaray” evdə “Trabzonspor”a uduzub

Türkiyə Super Liqasında XXX tur davam edir.

Apasport.az saytının məlumatına görə, turun mərkəzi oyunu bu gün baş tutub.

Çempionluq uğrunda mübarizə aparan “Trabzonspor” İstanbulda “Qalatasaray”ın qonağı olub. Qara dəniz təmsilçisi rəqibin bir saat azlıqda çıxış etdiyi görüşdən qalib ayrılıb.

“Sivasspor” “Kasımpaşa” səfərində bərabərə qalaraq, 2 xal itirib.

Autsayderlər zonasında qərarlaşan “Konyaspor”la “Rizəspor”un duelində isə birincilər sona yaxın qələbə qolunu vurublar.

Tura iyulun 6-da keçiriləcək “Kayserispor” – “Beşiktaş” (22:00) matçı ilə yekun vurulacaq.

Türkiyə Super Liqası
XXX tur
5 iyul
“Kasımpaşa” – “Sivasspor” – 0:0
“Qalatasaray” – “Trabzonspor” – 1:3

Seri, 90+3 (pen.) – Sosa, 41 (pen.); Novak, 70; Sorlot, 90+5
“Konyaspor” – “Rizəspor” – 1:0
Miya, 90+5 (pen.)

1.Başakşəhər30189357:2763
2.Trabzonspor301710368:3361
3.Sivasspor30159650:3354
4.Qalatasaray301410649:2952
5.Beşiktaş29155949:3550
6.Fənərbaxça30147953:4049
7.Alanyaspor30139853:3348
8.Göztəpə301081237:4038
9.Qaziantep309111042:4638
10.Antalyaspor309101135:4737
11.Kasımpaşa301061444:5136
12.Dənizlispor30881428:4232
13.Gənclərbirliyi30881435:4932
14.Konyaspor306121225:4030
15.Rizəspor30851731:5029
16.Yeni Malatyaspor30781543:4629
17.Kayserispor29771533:6428
18.Ankaragücü305101527:5425