Ölkə

Qapanma günlərində itləri harada gəzdirmək olar? – RƏSMİ AÇIQLAMA

“Ölkədə elan edilən sərt karantin günlərində vətəndaş itini gəzdirmək üçün ancaq yaşadığı evin yaxınlığına çıxa bilər”.

Bunu Oxu.Az-a açıqlamasında Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib.

Onun sözlərinə görə, əhali iti yaşadığı evin həyətində, yaxınlığında qısa müddətdə gəzdirib, evə qayıtmalıdır.

Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, qapanma günlərində insanlar itləri gəzdirməkdə azaddırlar:

“Bununla bağlı məhdudiyyət yoxdur. Amma insanlar bundan sui-istifadə etməməlidirlər”.