İdman

“Qarabağ”ın Çempionlar Liqasında daha bir potensial rəqibi müəyyənləşdi

Futbol üzrə Bolqarıstan çempionunun adı məlum olub.

“Ludoqorets” mövsümün başa çatmasına dörd tur qalmış çempionluğunu rəsmiləşdirib.

Razqrad şəhərinin komandası XXVII tur çərçivəsində doğma meydanda “Beroe”yə 2:1 hesabı ilə qalib gəlib. Beləliklə, “Ludoqorets” xallarının sayını 65-ə çatdırıb və Sofiya CSKA-sı (51) ilə “Levski” (50) üçün əlçatmaz olub.

Qeyd edək ki, “Ludoqorets” mövsüm ərzində heç bir oyunda məğlub olmayıb. Bu, Razqard klubunun ardıcıl doqquzuncu çempionluğudur. Komanda yeni mövsümdə Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasında potensial rəqiblərindən birinə çevrilib.