İdman

“Qarabağ”ın çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli oldu

Çempionlar Liqasında növbəti püşkatmaların bütün iştirakçıları müəyyənləşib.

Aranxeber xəbər verir ki, bu, II təsnifat mərhələsinə yekun vurulduqdan sonra mümkün olub.

10 komanda Çempionlar yolunda, 3 klub Liqa yolunda tur adlayıb. Bununla da avqustun 31-də baş tutacaq III təsnifat mərhələsinin püşkündə iştirak edəcək komandalar bilinib. Həmin gün Çempionlar yolunda mərhələ keçən 10 komanda 5 cütlük təşkil edəcək. Püşk zamanı Azərbaycan çempionu “Qarabağ” səpələnmişlər səbətində yer alacaq.

III təsnifat mərhələsi

Çempionlar yolu

Səpələnmişlər

“Dinamo” (Xorvatiya)

“Yanq Boyz” (İsveçrə)

“Srvena Zvezda” (Serbiya)

“Qarabağ” (Azərbaycan)

“Makkabi” (Təl-Əviv, İsrail)

Səpələnməmişlər

“Molde” (Norveç)

“Midtülland” (Danimarka)

“Ferensvaroş” (Macarıstan)

“Omoniya” (Kipr)

“Dinamo” (Brest, Belarus)