İdman

“Qarabağ”ın sabiq futbolçusu “Beşiktaş”la anlaşdı

“Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiç, “Beşiktaş” klubu ilə anlaşıb.

Aranxeber Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, gələn mövsümdən “qara qartal” olacaq.

“Erzurumspor”un 31 yaşlı futbolçusunun, mövsüm sonunda istanbullularla müqavilə imzalayacağı bildirilir. “Beşiktaş”, bu yay “Erzurumspor”la sözləşməsi bitəcək Şehiçin transferinə pul ödəməyəcək.

Qeyd edək ki, bosniyalı qolkiper, 2013-18-ci illərdə “Qarabağ”ın formasını geyinib.