İdman

“Qarabağ”ın sabiq qapıçısı “Fənərbağça”ya keçir

“Qarabağ”ın sabiq qapıçısı Asmir Beqoviç karyerasını Türkiyədə davam etdirməyə yaxındır.

Aranxeber xəbər verir ki, müqavilə ilə İngiltərənin “Bornmut” klubuna məxsus olan qolkiper İstanbul təmsilçisi “Fənərbağça” ilə anlaşıb.

Bosniya və Herseqovina millisinin üzvü və “Bornmut”la hərtərəfli razılıq əldə olunduğu bildirilir.

Qeyd edək ki, Asmir Beqoviç 2019/2020 mövsümünün ilk dövrəsini icarə əsasında “Qarabağ”da keçirib, daha sonra İtaliyanın “Milan” klubunun formasını geyinib.