Dünya

Qırğızıstan hökuməti buraxıldı

Qırğızıstan hökuməti buraxılıb.

Bu barədə “Sputnik” xəbər yayıb.

Məlumata görə, ölkə prezidenti Sooronay Jeenbekov baş nazirin istefasını qəbul edib. Hökumət üzvləri yeni Nazirlər Kabineti qurulana qədər öz vəzifələrinin icrasına davam edəcəklər.

Qeyd edək ki, dünən ölkənin baş naziri Muhammedkalıy Abilqaziyev radiotezlik resurslarının satışı ilə əlaqədar yaranan qalmaqalla əlaqədar məzuniyyətə getdiyini demişdi.

Bir həftə əvvəl deputat Janar Akayev hökuməti iki radiotezliyi ucuz qiymətə satmaqda ittiham etmişdi. Onun sözlərinə görə, bu saziş baş nazirin iştirakı olmadan bağlana bilməzdi.

Faktla bağlı artıq saxlanılan var. Cinayət işi ilə əlaqədar hökumətə külli miqdarda zərər dəyib.