İqtisadiyyat

Qızılın qiyməti tarixi rekord səviyyəsinə qalxdı

Nyu-Yorkun “Comex” birjasında qızılın qiyməti 2011-ci ilin sentyabrında qeydə alınmış bir unsiya üçün 1911,6 dollarlıq tarixi göstəricini yeniləyib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Birjada Bakı vaxtı ilə 03:51-də qızılın avqust fyuçersi bir unsiya üçün 1911,7 dollara qədər bahalaşıb.