Baş Sosial Təhsil

Qruplar üzrə yeni yaradılan ixtisaslar -Tam SİYAHI

Məlum olduğun kimi Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrin tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib.  Qərara əsasən, “İxtisas qrupları və ixtisaslar” yeni redaksiyada təsdiq edilib.

aranxeber.com AzEdu.az-a istinadən ixtisas qrupları üzrə yeni yaranan ixtisasları təqdim edir.

I ixtisas qrupuna daxil edilən yeni ixtisasların siyahısı

– Aerokosmik mühəndislik

-Aviasiya təhlükəsizliyi mühəndisliyi

-Geomatika və geodeziya mühəndisliyi

-Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi

-Kommunikasiya sistemləri mühəndisliyi

-Mühəndis fizikası, Nəqliyyat mühəndisliyi

-Radiotexnika və telekommunikasiya mühəndisliyi

-Hərbi rabitə vasitələri mühəndisliyi

-Sərhəd təhlükəsizliyi və idarəetmə.

 II ixtisas qrupuna daxil edilən yeni ixtisasların siyahısı

-Beynəlxalq ticarət və logistika,

-Mühasibat,

-Turizm bələdçiliyi

-Turizm işinin təşkili

III ixtisas qrupuna daxil edilən yeni ixtisasların siyahısı

-Məktəbəqədər təhsil 

-İslamşünaslıq

– İctimai təhlükəsizlik və idarəetmə

 IV ixtisas qrupuna daxil edilən yeni ixtisasları

-Fizioterapiya və tibbi reabilitasiya,

-Tibb bacısı işi

-İctimai səhiyyə

-Tibb və Biotexnologiya

V ixtisas qrupuna daxil edilən yeni ixtisaslar siyahısı

 -Populyar musiqi və caz ifaçılığı (sahələr üzrə)

-Vokal sənəti (sahələr üzrə)

Qeyd edək ki, ümumilikdə qruplar üzrə 22 yeni ixtsas yaradılıb, bəzi ixtisaslar isə ləğv edilib.