Sosial

Qurban bayramı bu tarixlərdə keçiriləcək

Aranxeber  xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov 2 dekabr 2019-cu il tarixli qərarında qeyd edilmişdir.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 4-cü hissəsinə və “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən:
1. 2020-ci il iyulun 31-i, avqustun 1-i Qurban bayramı günləri müəyyən edilsin.
2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan günlər iş günü hesab edilmir.