Sağlamlıq Sosial

Rayonlara torpaq yolla keçmək istəyənlər cərimələnəcək

“Rayon istiqamətinə torpaq yolla keçmək istəyən şəxslər xüsusi texniki vasitələrlə müəyyən olunaraq, cərimələnəcək”. 

Aranxeber xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, həmin vasitələr karantin postları istiqamətində olan yollarda quraşdırılacaq və postlarda rayon istiqamətinə torpaq yolla keçmək istəyən avtomobillər dərhal qeydə alınıb cərimələnəcəklər:

“Ona görə də torpaq yollarla karantin postundan yayınmağa cəhd etməsinlər”.