Baş Hadisə Ölkə

Azərbaycanlı tələbənin öldürülməsi ilə bağlı cinayət işi nəzarətə götürülüb

Rusiyada azərbaycanlı tələbənin öldürülməsi ilə bağlı cinayət işi başlanılıb.

Aranxeber  Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyindən verilən məlumata görə, 13 iyun 2020-ci il tarixində Rusiyanın Volqoqrad şəhərində təhsil alan Azərbaycan Respublikasının vətəndaşı Timur Valeri oğlu Qavriilovun qətlə yetirilməsi ilə bağlı məlumat Səfirliyə daxil olan kimi səfirlik tərəfindən dərhal Rusiya Federasiyasının İstintaq komitəsinin Volqoqrad vilayəti üzrə Baş idarəsinə rəsmi məktub göndərilib.

Bundan əlavə cari ilin 14 iyun tarixində Səfirlik mərhumun Gəncə şəhərində yaşayan anası və Rusiya Federasiyasının İstintaq komitəsinin Volqoqrad vilayəti üzrə Baş idarəsinin müstəntiqləri ilə əlaqə saxlayıb.

Bildiririk ki, hadisə ilə bağlı cinayət işi başlanılıb və məsələ Səfirliyin ciddi nəzarəti altındadır.

İstintaqın gedişatı ilə əlaqədar ictimaiyyətə əlavə məlumat verilicəkdir.