Hadisə Ölkə

Şəhid general-mayor II Fəxri xiyabanda dəfn olunacaq

Azərbaycan Ordusunun şəhid olan yüksək rütbəli zabiti, general-mayor Polad Həşimov sabah torpağa tapşırılacaq.

Aranxeber xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, Polad Həşimovun cənazəsi İkinci Fəxri xiyabanda dəfn ediləcək.

Qeyd edək ki, general-mayor Polad Həşimov bu gün səhər saatlarında Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub.