Baş Hadisə

Şəhid gizirimiz Yaşar Babayevin yeni doğulan övladı bu gün xəstəxanadan çıxarılıb – FOTO/VİDEO

Ermənistanın Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatın qarşısını alarkən şəhid olan 12 hərbi qulluqçumuzdan biri də gizir Yaşar Babayevdir. Ağstafa rayonunun Köçəsgər kəndinin sakini Yaşar Babayev ailəli olduğu səkkiz il ərzində övlad həsrəti ilə yaşayırdı. Səkkiz ildən sonra ona övlad nəsib oldu, lakin o, körpəsinin doğulduğu günü görə bilmədi.

Şəhid gizirimiz yolunu gözlədiyi qızına Narin adını vermişdi. Bu gün balaca Narin doğulduğu xəstəxanadan çıxarıldı. Xəstəxanadan atası ilə çıxmaq Narinə nəsib olmasa da, o, tək də deyildi. Vətənpərvər insanlarımız, könüllülər bu günündə onun yanında idilər.

Allah şəhidlərimizə rəhmət eləsin!