Hadisə Region Saatlı

Saatlıda ev yanıb

Saatlı rayonunun Mustafabəyli kəndində ümumi sahəsi 236 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 156 m² sahədə və dam örtüyü yanıb.

Aranxeber Fövqəladə Hallar Nazirliyinin saytına istinadən  xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.