Ölkə

Sabahın havası: Şimşək çaxacaq, dolu düşəcək

İyunun 27-də gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.

Aranxeber xəbər verir ki, arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 25-29, Bakıda gecə 19-21, gündüz 26-28 dərəcə isti olacaq. 

Atmosfer təzyiqi normadan yüksək – 764 mm civə sütunu, nisbi rütubət 50-60 faiz təşkil edəcək. 

Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti təşkil edəcək. 

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir.

Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 29-32, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti olacaq. 

Tibbi-meteoroloji proqnoza gəlincə, iyunun 27-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.