Region Sabirabad

Sabirabad sakinindən 14 kiloqram marixuana və odlu silah götürüldü

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli olan rayonun Cəngan kənd sakini, əvvəllər məhkum edilmiş Şahin Hüseynov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ş. Hüseynovun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman orada aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 27 ədəd çətənə kolu və çəkisi 14 kiloqram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Həmçinin Ş. Hüseynovun həmin yerin mühafizəsi məqsədi ilə istifadə etdiyi bir ədəd tüfəng də maddi sübut kimi götürülüb.

Faktla bağlı Sabirabad RPŞ-də araşdırma aparılır.