Hadisə Region Sabirabad

Sabirabadda avtomobil maneəyə çırpılıb, bir nəfər xəsarət alıb

Sabirabadda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

Hadisə rayonun Azadakənd kəndində qeydə alınıb.

İlkin məlumata görə, “Jiquli” markalı avtomobil hərəkətdə olarkən anidən idarəetməni itirərək yolun kənarındakı maneəyə çırpılıb. Nəticədə rayonun Azadakənd kənd sakini, 1996-cı il təvəllüdlü Fərzəliyev İbadət Saləddin oğlu müxtəlif xəsarətlər alıb.

Salyan Mərkəzi Rayon Xəstəxanasında ona ilk tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.