Hadisə Region Sabirabad

Sabirabadda yol qəzasında piyada öldü

Sabirabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Aranxeber xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, iyulun 13-də saat 16 radələrində Sabirabad rayonunun Qaratuğay kəndinin ərazisində Yenikənd kənd sakini H.Salahov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən kənd sakini Səbuhi Rüstəmovu vurduqdan sonra avtomobili aşırıb.

S.Rüstəmov hadisə yerində ölüb.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.