Hadisə Region Salyan

Salyan sakininin avtomobilindən silah götürülüb

Salyanda silahlı şəxs saxlanılıb.

Aranxeber xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Pratman Gəncəli kənd sakini N.Kambarovun idarə etdiyi “QAZ-310212” markalı avtomobildən müvafiq sənədləri olmayan “İJ-17” markalı ov tüfəngi aşkar edilərək götürülüb.