Hadisə Region Salyan

Salyanda 4 yaşlı qıza qarşı soyğunçuluq edilib

Salyanda 4 yaşlı qıza qarşı soyğunçuluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatına görə, iyulun 26-da Şirvan şəhəri ərazisində “Niva” markalı avtomobildə gəlmiş 2 nəfərin şəhər sakini olan 4 yaşlı qıza zor tətbiq edərək 800 manat dəyərində boyunbağısını almaları barədə Şirvan ŞPŞ-yə müraciət daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini E.Qəmbərov saxlanılıb, onunla birgə olan digərinin şəxsiyyəti müəyyənləşdirilib.

Şirvan ŞPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.