Hadisə Region Salyan

Salyanda bir aydır itkin düşmüş kişinin meyiti meşədə aşkarlandı – İntihar edibmiş

Kür çayının Salyan rayon ərazisində yerləşən meşə zolağında kişi meyiti tapılıb.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Tapılan meyitin şəxsiyyəti müəyyənləşdirilib. Bu şəxs bir ay əvvəl itkin düşmüş Beştalı kənd sakini, 1979-cu il təvəllüdlü Aqil Quliyevdir. Məlum olub ki, o, təxminən 28 gün əvvəl intihar edib.

Hazırda Salyan rayon prokurorluğu tərəfindən faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi üzrə cinayət işi başlanıb.

İntiharın səbəbləri araşdırılır.